“Donetsk və Luqanskda ən çətin döyüşləri aparırıq” –ZELENSKİ XALQA MÜRACİƏT ETDİ

Ukrayna hərbçiləri indi Donetsk və Luqansk vilayətlərində ən çətin döyüşlərini aparır.

Bunu Ukrayna Prezidenti Voldimir Zelenski martın 5-də xalqa müraciətində söyləyib.

“Bu gün Donbasda döyüşən əsgərlərin cəsarəti, gücü və əyilməzliyini xüsusi qeyd etmək istərdim. Ən çətin və ağrılı döyüşlərdən biri gedir”, – deyə V.Zelenski əlavə edib.

Ukrayna Prezidenti Baxmut, Uqledar, Avdeyevski, Severski, Svatovski, Liman və Zaporojye istiqamətlərində döyüşən hərbçilərə təşəkkürünü bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.