Donuz qripi Azərbaycana da keçə bilər- Həmsərhəd ölkələrdə yayılan təhlükə

Donuz qripi Azərbaycana da keçə bilər
Donuz qripi Azərbaycana da keçə bilər
Donuz qripi Azərbaycana da keçə bilər

Bu ilin yanvar ayının əvvəlindən etibarən Gürcüstanda bir neçə nəfər donuz qripindən həyatını itirib.

Qonşu Rusiyada da vəziyyət ürəkaçan deyil. Ölkənin bir sıra məktəb və bağçaları donuz qripi təhlükəsi ilə əlaqədar bağlanıb.
Səhiyyə Nazirliyinin nümayəndəsi Afaq Əliyeva bildirib ki, hazırda ölkəmizdə donuz qripinə yoluxma faktı aşkarlanmayıb, lakin həmsərhəd ölkələrdə epidemiyanın olması bizdə də təhlükə yaradır.

Donuz qripi tənəffüs yollarının iltihabıdır. Qripin A qrupuna aiddir. Adətən donuzlara yoluxur, lakin insanlara da keçə bilir. Bu qrip virusunun yeni ştammıdır və güman edilir ki, iki köhnə qrip virusunun eyni donuzu yoluxdurması nəticəsində yaranıb. Burada qripə dair məlumtlar sual cavab formatında verilib:

Köhnə vurus deyəndə nə nəzərdə tutulur?

Köhnə virus dedikdə, ötən illərdə baş vermiş epidemiyalardan qalan viruslar nəzərdə tutulur. Məhz buna görə də bəzi alimlər donuz qripinin hansısa laboratoriyadan təsadüfən sızdığını ehtimal edirlər. Onlar deyirlər ki, hazırkı virus 1957-ci ilin qrip virusunu xatırladır. Buarada

Üz maskaları donuz qripindən qoruyurmu?

Müəyyən qədər. Alimlər bildirirlər ki, maska yalnız mükəmməl və daim taxıldıqda tam qoruya bilər. Bununla belə maska ilə qripdən qorunmaq çətindir.

Xəstəliyin simptomları nədir?

Donuz qripi də qripdir və simptomları da adi qrip simptomlarıdır. Qızdırma, öskürək, boğaz ağrısı, oynaqlarda ağrılar, baş ağrısı, üşütmə və süstlük. Bəzi adamlarda qrip ishal və ürəkbulanması ilə də müşaiyət oluna bilər.

Həkimə getmək lazımdırmı?

Bayaq sadaladığımız simptomlar sizdə varsa, qonşuluğunuzda donuz qripinə yoluxma halı olubsa və ya donuz qripinin yayıldığı ölkədən səfərdən yenicə qayıtmışsınızsa həkimə baş çəkməyə dəyər. Bundan başqa sizdə simptomlar varsa və bundan başqa ümumən ürəkçatışmazlığı və sair kimi əlamətlər sizdə olubsa, bu halda da ehtiyatlı davranmaq gərəkdir.

Donuz qripi müalicə olunurmu?

Bəli, bunu üçün Tamiflu və Relenza kimi tanınan preparatlardan istifadə edilir. Bunla ümumiyyətlə özündə 200-dən çox qrip ştammına cavab verən kimyəvi maddələrdən ibarətdir.

Donuz qripinin vaksini varmı?

Belə bir vaksin artıq işlənib hazırlanıb və heyvanlar üzərində sınaqdan keçirilib. İndi onun insanlar üzərində sınağına başlanıb. Alimlər vəd ediblər ki, payıza qədər bu vaksini geniş istifadəyə vermək mümkün olacaq.

Ölüm halları nə ilə bağlıdır?

Hesablamalara görə donuz qripindən ölüm halları adi qripdən ölüm hallarından statistika etibarilə az fərqlənir. Meksikada bu qripdən ölüm hallarının çox olmasını vaxtında müalicə tədbirlərinin görülməməsi ilə əlaqələndirilər.

Donuz qripi üçün yaş fərqi varmı?

Bu qrip növünün necə deyərlər xasiyyəti sonadək öyrənilməyib. Lakin müşahidələr göstəririlər ki, gənclərə nisbətən yaşlı adamlarda bu qrip mülayim keçir. Buna görə də, məsələn Britaniyada qrip virusuna qarşı vaksinləmədə hər il yaşlılara üstünlük verilirdisə, bu il 30 yaşınadək olanlar prioritet təşkil edəcəklər.

Və nəhayət necə qorunmaq olar?

Adi qripdən qorunmağa çalışdığınız kimi. Başqalarının da qeydinə qalmaq vacibdir. Əgər bu qripə yoluxduğunuzdan şübhəlisinizsə, evdən çıxmayın. İctimai yerlərdə asqırarkən və öskürərkən ağzınızı örtün. Bu məqsədlə istifadə olunan salfetləri dərhal dəyişin. Əllərinizi kifayət qədər tez-tez yuyun.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.