Dörd ayda Azərbaycana 420 min tona yaxın buğda idxal edilib

Buğda
Buğda

2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana 90 milyon 535 min ABŞ dolları dəyərində 419 min 105 ton buğda idxal edilib.

AzPost-un Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə buğda idxalı həcm baxımından 57.2% və ya 152 min 496 ton, məbləğ baxımından isə 51.7% və ya 30.8 milyon dollar çoxdur. Ötən ilin ilk 4 ayında Azərbaycana 59 milyon 697.6 min ABŞ dolları dəyərində 266 min 609 ton buğda idxal edilmişdi.

Hesabat dövründə buğda idxalı Azərbaycanın ümumi idxalının 1.11%-nə bərabər olub.

Qeyd edək ki, bu dövründə idxal edilmiş buğdanın 1 tonunun orta qiyməti, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3.5% azalaraq 367.2 manat təşkil edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.