Dörd saat ərzində Ağcabədi, Tərtər və Ağdama 100-dən çox top mərmisi atılıb –Hikmət Hacıyev

“Saat 08.00-dən 13.00-dək Azərbaycanın Ağcabədi, Tərtər, Ağdam rayonlarının ərazisinə 100-dən çox top mərmisi atılıb, mülki vətəndaşlar hədəf alınıb”.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

“Bu, Ermənistanın humanitar atəşkəslə bağlı öhdəliklərini necə yerinə yetirdiyini göstərir. Xoşbəxtlikdən vətəndaşlar arasında itki yoxdur”, – deyə Prezidentin köməkçisi vurğulayıb.   

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Vəziyyəti nizamlamaq üçün Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik” –

Sonrakı məqalə

Azərbaycan MDB ölkələrindən ən çox Rusiyaya məhsul göndərib