“Vəziyyəti nizamlamaq üçün Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik” –Rusiyanın XİN başçısı

Rusiya dünyadakı böhranlı vəziyyətləri nizamlamaq üçün Türkiyə ilə əməkdaşlığı davam etdirəcək.

Bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov yunanıstanlı həmkarı ilə Nikos Dendiasla birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Bizim Türkiyə ilə yaxşı münasibətlərimiz var. Bu münasibətlər problemsiz deyil. Bu və ya digər problemlərə yanaşmamız hər zaman üst-üstə düşmür. Lakin ortaq məxrəclər tapanda biz işin xeyrinə səylərimizi birləşdiririk və böhranlı vəziyyətlərin həll edilməsindən ötrü şəraitin yaradılması üçün irəliləməyə kömək edirik. Biz Türkiyə ilə bu cür əməkdaşlığı davam etdiririk”, – deyə Rusiya XİN başçısı vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Düşmən kvadrokopteri məhv edilib –

Sonrakı məqalə

Dörd saat ərzində Ağcabədi, Tərtər və Ağdama 100-dən çox top mərmisi atılıb –