Dövlət qurumu yarım milyona “Lexus” aldı- VİDEO

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” Publik Hüquqi Şəxsi xidməti avtomobillərin alınması üçün 448 min 800 manat ödəyib.

AzPost bildirir ki, qurum bununla bağlı tender elan edilib. Tenderin qalibi “LEXUS-BAKI” MMC olub və qurum şirkətdən sedan tipli 4 xidməti avtomobil alıb.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu 1 iyul 2018-ci il tarixindən fəaliyyət göstərir. Qida Təhlükəsizliyi Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumdur.

İnstitutun fəaliyyətinin əsas məqsədi əhalinin həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etməkdir. Publik hüquqi şəxsin İdarə Heyətinin sədri Əli Nəbiyevdir. Bundan başqa qurumun ştatında dörd sədr müavini var.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.