Dövlət Departamenti 9 rusiyalı nazirə və qubernatorlara sanksiya tətbiq etdi

ABŞ Dövlət Departamenti Rusiyanın onlarla regionunun rəhbərinə, o cümlədən 9 nazirə (Mədəniyyət Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İdman Nazirliyi, Energetika Nazirliyi, Təbii Sərvətlər və Ekologiya Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rəqəmsal İnkişaf Nazirliyi və Xarici İşlər Nazirliyinin rəhbərlərinə) sanksiya tətbiq edib.

Azpost.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Sanksiyalar siyahısına Arxangelsk, Nijni Novqorod, Xabarovsk və Primorskun qubernatorları daxil edilib. Bundan başqa, “LXR” rəhbəri vəzifəsini icra edən Leonid Paseçnik də sanksiyalar siyahısına əlavə edilib.

Departament Rusiya Silahlı Qüvvələrinin 1219 nümayəndəsi üçün də viza məhdudiyyəti tətbiq edib.

Azpost.info

Əvvəlki məqalə

Naxçıvan MR-in Pentensiar Xidmətinə yeni rəis təyin edilib

Sonrakı məqalə

Bəxtiyar Hacıyev dustaqlığına buraxılmayıb