Dövlət Komitəsi 11 yaşlı ana və körpəsi ilə bağlı məlumat yayıb

Kütləvi informasiya vasitələrində İmişli rayonunda 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı məlumatlar yayılıb.

Faktla bağlı Baş Prokurorluğunun açıqlamasında hadisənin həqiqiliyi təsdiqlənmiş və Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işinin başlanıldığı bildirilib. Məsələ ilə əlaqədar Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, İmişli rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işlərinin və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən ana və uşaq nəzarətə götürülüb.

Komitədən verilən məlumata görə, uşaqların mənafeyinə uyğun zəruri tədbirlər görüləcək. Aparılan istintaqın nəticələrindən asılı olaraq, yetkinlik yaşına çatmayan ana və körpənin gələcək taleyi ilə bağlı müvafiq qərarlar qəbul ediləcək. Hazırda uşağın sağlamlığı ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, cinayət məsələsi ilə bağlı hüquq-mühafizə orqanları eyni anda məşğul olur. Dövlət Komitəsi də öz növbəsində bu prosesdə iştirak edərək yetkinlik yaşına çatmayanın tibb müəssisəsindən çıxdıqdan sonrakı vəziyyəti ilə bağlı lazımi tədbirləri görəcək.

Dövlət Komitəsi bir daha xatırladır ki, valideynlərin övladlarına qarşı etinasız və laqeyd münasibəti ağır fəsadların baş verməsi ilə nəticələnir. Uşaqların qayğısına qalmaq və nəzarət etmək valideynlərin borcudur. Cinayət barədə məlumatlı olub bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməmək cinayət qanunvericiliyinə əsasən məsuliyyətə səbəb olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

SSRİ televiziyasının məşhur diktoru vəfat edib –

Sonrakı məqalə

Sabaha olan hava proqnozu