Dövlət Məşğulluq Agentliyi peşələr festivalının təşkilatçılığını vergi borcu olan şirkətə verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi peşələr festivalının təşkili xidmətinin satın alınması ilə bağlı elan etdiyi tenderi yekunlaşdırıb.

Operativ Media xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında tenderin qalibinin “Excellent Trade” QSC olduğu öz əksini tapıb.

Məlumata görə, sözügedən şirkət ölkənin 11 şəhər və rayonunda peşələr festivalının təşkilatçılığını həyata keçirəcək.

Qeyd edək ki, hüquqi ünvanı Sumqayıt şəhəri, məhəllə 5, ev.11/18, m.7-də yerləşən “Excellent Trade” QSC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Ələskərov Kamal Ələskər oğludur.

Məlumat üçün bildirək ki, “Excellent Trade” QSC-nin hazırda dövlət qarşısında 9621.7 manat miqdarında vergi borcu mövcuddur. Qanunvericiliyə görə isə, vergi borcu olan təchizatçının dövlət satınalmalarında iştirakı yolverilməzdir.

Onu da xatırladaq ki, bu şirkətə vergi öhdəlikləri üzrə Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə 2022-ci ildə 1 hal üzrə ümumilikdə 40 manat, 2023-cü ildə isə 4 hal üzrə ümumilikdə 160 manat maliyyə sanksiyası tətbiq edilib.

Xatırladaq ki, “Excellent Trade” QSC yaranandan bəri yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və onun tabeliyində olan qurumların milyonlarla manat dəyərində olan tenderlərinin qalibi olub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.