“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilməsi təklif edilir

“Dövlət rüsumu haqqında” qanuna dəyişikliklər edilməsi təklif edilir.

Bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 17-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə təklif edilən 18.66-3-cü maddədə bildirilir ki, tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinə reyestrdən çıxarışın verilməsi üçün 150 manat məbləğində dövlət rüsumu təyin edilir.

Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.