Dövlət Sığorta Agentliyinin sabiq direktoru barəsində cinayət işi başlanılıb

Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru Qasımov Elmar Vaqif oğlu barəsində cinayət işi başlanılıb.

Elmar Qasımov külli miqdarda mənimsəmədə təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham verilib.

İş üzrə Dövlət Siğorta Kommersiya Şirkəti zərərçəkən kimi tanınıb.

Elmar Qasımov barəsində cinayət işinin istintaqı başa çataraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Rasim Sadıxovun sədrliyi ilə baxılacaq. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.