Dövlət Turizm Agentliyi hotellərə ciddi xəbərdarlıq edib

Dövlət Turizm Agentliyi tərəfindən Bakı şəhərində yerləşən hotellərin monitorinqi çərçivəsində növbəti mediatur baş tutub. 

Səhiyyə Nazirliyi ilə birgə həyata keçirilən monitorinqlərdə pandemiya dövründə fəaliyyət göstərən hotellərdə işçi heyətin və qonaqların təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan gigiyena və sanitariya tədbirlərinin tətbiq edilməsi səviyyəsi yoxlanılıb.

Mediaturdan sonra keçirilən mətbuat konfransında Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov bildirib ki, gün ərzində 70-dən çox hoteldə monitorinq keçirilir, təkcə Bakıda deyil, 21 rayonda hotellərdə monitorinq təşkil olunur. O, hotellərin işçi heyətini, eləcə də qonaqları xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə sosial məsafənin gözlənilməsi, dezinfeksiyaedici məhlullar, bütün qapalı və açıq məkanlarda tibbi maskadan istifadə edilməsinin məcburi olduğu barəsində bir daha xəbərdarlıq edib və pandemiya ilə əlaqədar məhdudiyyət və tələblərə ciddi riayət etməyə çağırıb.

Qeyd edək ki, hotellərdə monitorinqlərin keçirilməsinin əsas məqsədi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 avqust 2020-ci il tarixli 287 nömrəli “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərarından irəli gələn tapşırıqların icrasına nəzarət edilməsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 223 nəfər COVID-19-a yoluxub –

Sonrakı məqalə

Yalçın Rzazadə niyə Fəxri Xiyabanda dəfn olunmayıb? –