Dövlət Neft Fondunun aktivləri 14 faizədək artıb

Cari il sentyabrın 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 2025-ci ilin əvvəlinə (60 milyard 31,4 milyon dollar) nisbətən 16,9 faiz artaraq 70 milyard 161,7 milyon dollar təşkil edib.

AzPost bildirir ki, bu barədə ARDNF-in cari ilin yanvar-sentyabr ayları üzrə gəlir və xərclərinə dair hesabatında deyilir. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz çoxdur.

Əsas maliyyə göstəriciləri (yanvar-sentyabr 2025):

  • Ümumi aktivlər: 70,2 milyard ABŞ dolları (+16,9%)
  • Ümumi gəlirlər: 13 073,5 milyon manat
  • Ümumi xərclər: 10 917,8 milyon manat
  • Neft-qaz gəlirləri: 7 837,7 milyon manat
  • İnvestisiya gəliri:5 235,7 milyon manat
  • Büdcədənkənar gəlir:15 066,1 milyon manat
  • Dövlət büdcəsinə transfert:10 860,8 milyon manat

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.