Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Dövlət orqanlarında 74 vakant vəzifə üzrə daxili müsahibə elan edilib

Orkhan Ali 04 Noyabr 2024 - 17:18 (Last updated: 21 May 2025 - 20:15)
17307247465654353850_1200x630

Noyabrın 4-də 39 dövlət orqanında inzibati vəzifələrin 1-7-ci təsnifatına uyğun olan 74 vəzifənin tutulması məqsədilə daxili müsahibə elanı verilib.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, daxili müsahibə elan edilən vəzifələrin 1-i birinci təsnifata, 4-ü ikinci təsnifata, 5-i üçüncü təsnifata, 12-si dördüncü təsnifata, 19-u beşinci təsnifata, 8-i altıncı təsnifata və 25-i yeddinci təsnifata aiddir. Dövlət orqanları arasında ən çox vakant vəzifə Azərbaycan Respublikası Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (7 vəzifə) tərəfindən təqdim olunub.

Eyni zamanda, daxili müsahibə elan edilən vəzifələrdən 7-si Naxçıvan Muxtar Respublikasının 7 dövlət orqanı, 22-si isə 15 yerli icra hakimiyyəti orqanı tərəfindən təqdim edilib.

Qanunvericiliyin tələblərinə uyğun olaraq, daxili müsahibə üzrə sənəd qəbulu elektron qaydada həyata keçirilir. Bu, vətəndaşların rahatlığının təmin edilməsi, vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması, habelə Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən dövlət xidmətlərinin daha əlçatan olmasına imkan verir.

Daxili müsahibədə aşağıdakı kateqoriyalara aid şəxslər iştirak etmək hüququna malikdir:

-Vakant vəzifəni təqdim etmiş dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları;

-Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatlarının ixtisarı ilə əlaqədar daxili müsahibə elan edilən dövlət orqanında ehtiyat kadr kimi saxlanılan şəxslər;

– 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin birinci – üçüncü təsnifatlarına uyğun olan vəzifələrə, habelə 2-ci kateqoriya dövlət orqanlarına aid mərkəzi icra hakimiyyəti orqanlarında, onlara bərabər tutulan orqanlarda (Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi) inzibati vəzifələrin dördüncü təsnifatına uyğun olan vəzifələrə (struktur bölmə rəhbərləri və həmin dövlət orqanı rəhbərinin müşavirləri, köməkçiləri) iddia edən şəxslər.

Daxili müsahibədə iştirak etmək istəyən namizədlər noyabrın 18-i saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Post navigation

Previous: İran Prezidenti Bakıda keçiriləcək COP29-da iştirak edəcək
Next: Zaqatalada yeni doğulan körpə ölüb

Oxşar xəbərlər

kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19
turk xin
  • Gündəm

Türkiyə Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

User 18 Oktyabr 2026 - 12:23
turk azerbaycan
  • Gündəm

Azərbaycanın milli maraqları və Türkiyənin regional siyasəti:

User 17 Oktyabr 2026 - 15:00

xƏBƏR

Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Oktyabrın 25-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi...
Read more about Sabaha olan hava proqnozu
Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır? market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
Bakıda kafedə qanlı dava – 1 nəfər öldü, deputatın oğlu saxlanıldı Dava
  • Sosial

Bakıda kafedə qanlı dava – 1 nəfər öldü, deputatın oğlu saxlanıldı

User 24 Oktyabr 2026 - 13:02
Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı? qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
Kim Çen In Çinə elan olunmamış səfər edib CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.