Dövlət Vergi Xidmətindən büdcəyə daxilolmalar 12 milyard manatı ötüb

Cari ilin yanvar-sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 12 milyard manatdan çox vergi daxil olub.

Dövlət Vergi Xidmətindən bildirilib ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 8 milyard 417,5 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 991,7 milyon manat və ya 13,4 faiz artıb.

Ödənilən vergilərin 70 faizi qeyri-neft-qaz sektorunun, 30 faizi isə neft-qaz sektorunun payına düşüb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.