Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Döyüşdən qaçan rusiyalı Bakıda TUTULDU

Orkhan Ali 23 Aprel 2025 - 17:26 (Last updated: 21 May 2025 - 20:15)
1

28 yaşlı Rusiya Federasiyasının vətəndaşı Savlatov Sotim Zuxuroviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluqdan verilən xəbərə görə, Rusiya Federasiyasında səfərbərlik yaxud hərbi vəziyyət dövründə, müharibə vaxtı ya da silahlı münaqişə və ya hərbi əməliyyatların aparılması şəraitində hərbi xidmətə çağırış, eləcə də kontrakt üzrə xidmət edən hərbi qulluqçu tərəfindən özbaşına hərbi hissəni və ya xidmət yerini tərk etmə, habelə üzrlü səbəblər olmadan bir aydan artıq müddətdə xidmətə vaxtında gəlməmə əməlinin törədilməsində təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş S.Z.Savlatov cari ilin yanvar ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək, sonuncu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə bugün Rusiya Federasiyasının səlahiyyətli orqanına təhvil verilib.

Post navigation

Previous: İstanbulda zəlzələ zamanı 150-dən çox adam özünü binadan atıb
Next: Bir nəfərin bank kartından 5 min manat oğurlandı

Oxşar xəbərlər

avtomobil xidmeti
  • Kriminal

Maşının qapısını açıq qoydu, 6 min manatını oğurladılar

User 14 Noyabr 2026 - 15:52
haker telebe
  • Kriminal

Tələbələrin fotolarını süni intellektlə montaj edən şəxs saxlanıldı – VİDEO

User 13 Noyabr 2026 - 19:34
turk vor zakon
  • Kriminal

Türkiyəli cinayətkar avtoritet Azərbaycanda saxlanıldı – FOTO

User 13 Noyabr 2026 - 11:16

xƏBƏR

tramp
  • Dünya

“İran 9 min PUA atıb, cəmi ikisi hədəfə dəyib” – TRAMP

User 16 Noyabr 2026 - 20:17
ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, 2026-cı il fevralın 28-də “Epik qəzəb” (Epic Fury) əməliyyatı başlayandan bəri...
Read more about “İran 9 min PUA atıb, cəmi ikisi hədəfə dəyib” – TRAMP
Ehtiyac meyarı niyə 314 manat olmalıdır? – İqtisadçıdan hökumətə çağırış Pensiya
  • Sosial

Ehtiyac meyarı niyə 314 manat olmalıdır? – İqtisadçıdan hökumətə çağırış

User 16 Noyabr 2026 - 20:13
Litva da Rusiya ilə sərhədi bağlaya bilər – Estoniyanın qərarına dəstək verdi litva parle
  • Dünya

Litva da Rusiya ilə sərhədi bağlaya bilər – Estoniyanın qərarına dəstək verdi

User 16 Noyabr 2026 - 19:19
Putin Ukrayna məsələsində mövqeyini yumşaldır – TRAMP putin tramp
  • Dünya

Putin Ukrayna məsələsində mövqeyini yumşaldır – TRAMP

User 16 Noyabr 2026 - 18:59
Damarlarda trombun yarandığını göstərən əlamətlər – Ayaqlarda şişkinlik və ağrı ayaq sismek
  • Maraqlı

Damarlarda trombun yarandığını göstərən əlamətlər – Ayaqlarda şişkinlik və ağrı

User 16 Noyabr 2026 - 18:12
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.