DSX:"Ermənistan Silahlı Qüvvələrinin təxribatının qarşısı alınıb"

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düşmən tərəfinin təxribatları davam edir. 

Dövlət Sərhəd Xidmətindən APA-ya verilən məlumata görə, 03 aprel tarixində saat 04:30-dan başlamaqla Qazax ra­yo­nunun Bala Cəfərli kəndi və kənd yaxınlığındakı sərhəd-döyüş məntəqələrimiz Ermənistanın İcevan rayonunun Aygeovit kəndi yaxınlığında yerləşən Ermənistan Silahlı Qüvvə­lərinin bölmələri tərəfindən iriçaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub.

Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xüsusi karantin rejiminin tətbiqi zamanı icazələrin alınması qaydası

Sonrakı məqalə

“Fəaliyyətinə icazə verilən vətəndaşlar şəxsi nəqliyyat vasitələrindən istifadə edə bilərlər”