Dövlət Sərhəd Xidmətinin (DSX) bu gün səhər qəzaya uğramış hərbi helikopterinin qalıqları ərazidən götürülüb.
Ərazidə istintaq tədbirləri də davam etdirilir.
Qeyd edək ki, noyabrın 30-da DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğrayıb. 14 hərbçi həlak olub, 2-si yaralanıb.(APA)