Duma Kiyev rejimini məhv edəcək silahlardan istifadəyə çağırdı

Rusiya Dumasının deputatları Kremlə dron hücumuna cavab olaraq Ukraynaya zərbələri artırmağa çağırıblar.

Azpost.info xəbər verir ki, Dumanın nəzarət komitəsinin sədri Oleq Morozov deyib ki, Rusiya prezidentinin iqamətgahına dron hücumu müharibədə yeni mərhələni göstərir.

“Biz düşmənə göstərməliyik ki, Rusiya bu cür hərəkətlərə görə ölümcül cəzalandırmaq qabiliyyətinə malikdir”, – deputat bildirib.

Dumanın spikeri Vyaçeslav Volodin deyib ki, deputatlar Kiyev terror rejimini dayandıra və məhv edə biləcək silahlardan istifadəni tələb edəcəklər.

“Putinə qarşı terror hücumu Rusiyaya qarşı hücumdur”, – Volodin Telegram kanalında yazıb.

O, əlavə edib ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə heç bir danışıqlar ola bilməz.

Azpost.info

Əvvəlki məqalə

“ABŞ-da Azərbaycanla danışıqlarda saziş sənədi müzakirə olunur” –

Sonrakı məqalə

Zelenski Kremlə hücumdan danışdı