Dumanın deputatları Şoyqunun icazəsi olmadan xüsusi əməliyyat zonasına gedə bilməyəcək- QADAĞA

Rusiya Dumasının deputatlarına müdafiə naziri Sergey Şoyqunun və ya Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Valeri Gerasimovun icazəsi olmadan Ukraynadakı xüsusi əməliyyat zonasına getmək qadağan edilib.

Azpost.info xəbər verir ki, bu barədə RBK parlamentin aşağı palatasındakı mənbələrə istinadən yazıb.

Mənbələrdən birinin sözlərinə görə, qadağa deputatların hərbi hissələrə getməsinə və onların ərazisində hərbi qulluqçularla görüşməsinə şamil edilir.

Deputatlar yeni bölgələrə səfər edə, neytral ərazidə hərbçilərlə görüşə və onlara yardım ötürə bilərlər.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan-Avstriya oyunu bu stadionda keçiriləcək

Sonrakı məqalə

Mədət Quliyev “IDEF-23” Beynəlxalq Müdafiə Sənayesi Sərgisini ziyarət edib