Dünən cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb –DİN

Noyabrın 2-də ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 26 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 87, o cümlədən borclu şəxs kimi axtarılan 66 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən dörd yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

Əvvəlki məqalə

Xüsusi təyinatlılar kəşfiyyat tapşırıqlarını yerinə yetirib –

Sonrakı məqalə

“Qarabağ” bu gün “Frayburq”la oynayır –