2022-ci il noyabrın 15-nə kimi dünya əhalsinin sayı 8 milyarda çata bilər.
Azpost.info xəbər verir ki, bu barədə BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin hesabatında deyilir.
BMT hesab edir ki, əhalinin artımı ilk növbədə inkişaf etməkdə olan ölkələrdə yüksək doğum səviyyəsi ilə bağlıdır. Proqnoza görə, ümumi əhali artımının yarıdan çoxu səkkiz ölkədə – Hindistan, Misir, Pakistan, Konqo Demokratik Respublikası, Efiopiya, Nigeriya, Filippin və Tanzaniyada baş verəcək. 2023-cü ildə Hindistan Çini keçərək dünyanın ən çox əhalisi olan ölkəsi olacaq.
Eyni zamanda, BMT 2021-ci ildə əhalinin artım tempinin 1950-ci ildən bəri ilk dəfə olaraq faizdən aşağı (0,8%) olduğunu qeyd edib.
Proqnozlara görə, 2035-ci ildə dünya əhalisi 8,5 milyard, 2050-ci ildə 9,7 milyard, 2100-cü ildə isə 10,4 milyard nəfərə çatacaq.
Azpost.info