Dünya çempionumuz erməni rəqibinə uduzdu, Olimpiada ilə vidalaşdı –TOKİO-2020

Boks üzrə dünya çempionumuz Cavid Çələbiyev (-63 kq) Tokio Olimpiadasında 1/8 final görüşünə çıxıb.

O, bu mərhələdə ikiqat dünya mükafatçısı, Avropa çempionu və II Avropa Oyunlarının qalibi Hovanes Baçkovla (Ermənistan) qarşılaşıb.

İlk raundda idmançımız üstün olsa da, ikinci və üçüncü raundlarda hakimlər qələbəni erməni boksçuya verib.

Nəticədə Cavid Çələbiyev Olimpiada ilə medalsız vidalaşıb. Bu, yarışdan kənarlaşan dördüncü boksçumuz olub. Ümumilikdə Cavid Olimpiada ilə medalsız vidalaşan 23-cü idmançımız olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İraqda İŞİD dəfn mərasiminə hücum edib –

Sonrakı məqalə

“Eyni anda bir çox şəhərdə bu qədər yanğının başlanması…” –