Dünya okeanlarının temperaturu ən yüksək həddə çatıb- “The Guardian”

Dünya okeanlarının temperaturu peyk qeydləri başlayandan bəri ən yüksək həddə çatıb.

Azpost.info xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Hesablamalara görə, bu ilin aprel ayının əvvəlindən okean səthində orta temperatur Selsi üzrə 21,1 dərəcə təşkil edib ki, bu da 2016-cı ildə qeydə alınan əvvəlki rekord göstəricidən 0,1°C çoxdur.

Yerüstü suların temperaturunun artması ekstremal hava şəraiti – tufanlar, buzlaqların əriməsi riskini artıra bilər ki, bu da qlobal dəniz səviyyəsinin qalxmasına səbəb olacaq.

Sürətli istiləşmənin dəniz canlılarına da dağıdıcı təsiri ola bilər.

Azpost.info

Əvvəlki məqalə

“Teatrlar kommunal ödənişlərdən azad olunsun!”

Sonrakı məqalə

Akif Çovdarovun 13 milyonluq əmlakının yenidən müsadirəsi istənilir