Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 110 milyonu ötüb

17 Fevral 2021 - 21:30

Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 110 milyon nəfəri ötüb.

Pandemiyanın statistikasını aparan Worldometer saytı xəbər verir ki, hazırda dünyada koronavirusa 110 milyon 147 min 600 nəfər yoluxub. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 2 milyon 432 min 492 nəfərə, sağalanların sayı isə 84 milyon 971 min 957 nəfərə çatıb.

ABŞ COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada liderlik edir. Burada koronavirusa 28 milyon 385 min nəfər yoluxub. Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 10 milyon 942 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib. Bu göstəriciyə görə üçüncü pillədə Braziliya qərarlaşıb. Burada pandemiya dövrü ərzində 9 milyon 921 min nəfər virusa yoluxub.