Dünya üzrə koronavirusa yoluxanların sayı açıqlandı –

ÜST
04 Avqust 2020 - 08:56

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 257 mindən çox artıb.

“TASS”-ın verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir. Avqustun 3-ü saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 257 677 nəfər yeni koronavirusa yoluxub, 5 810 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 17 918 582, ölənlərin isə 686 703 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb – 9 630 598 yoluxma və 363 162 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 391 779, ölənlərin sayı isə 213 559 nəfərə çatıb.

Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 2 187 015 yoluxma və 46 675 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.