Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Dünyada 250 milyon uşaq təhsil almaq imkanından məhrumdur

Orkhan Ali 28 İyun 2024 - 16:21 (Last updated: 21 May 2025 - 20:15)
171957576349023221_1200x630

Hazırda bütün dünyada 250 milyon qız və oğlan təhsil almaq imkanından məhrumdur. UNESCO-nun “Fəaliyyətsizliyin qiyməti: Uşaqların və gənclərin təhsildən kənarda qalmasının qlobal özəl, maliyyə və sosial xərcləri” adlı hesabatında ilk dəfə olaraq təhsildəki boşluqların iqtisadi və sosial fəsadları təhlil edilir. Təşkilatın baş direktoru Odri Azulay üzv dövlətləri məktəbi tərk edən uşaqların sayını azaltmağa çağırıb. O deyib: “2030-cu ilədək hər il 10 trilyon dollar – bu, uşaqların məktəbi tərk etməsinin və təhsildən məhrum olmasının heyrətamiz qlobal dəyəridir. Maliyyə mülahizələrinə əlavə olaraq, bu mənfi tendensiyanın əhəmiyyətli sosial təsir də var. UNESCO-nun bu hesabatındakı mesaj aydındır: təhsil strateji sərmayədir – fərdlər, iqtisadiyyatlar və bütövlükdə cəmiyyət üçün ən yaxşı investisiyalardan biridir. Mən üzv dövlətləri bu ümumbəşəri hüququn hər bir insan üçün ən qısa zamanda reallığa çevrilməsini təmin etməyə çağırıram”.

UNESCO-nun məlumatına görə, hesabatda 1948-ci ildə təhsilin ümumbəşəri insan hüququ elan edildiyi, 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədi kimi hamı üçün keyfiyyətli təhsilə çıxışının müəyyən olunduğu vurğulanıb. Bununla belə, təhsilə çıxış sahəsində onilliklər ərzində əldə edilən irəliləyişlərə baxmayaraq, dünyada 250 milyon uşaq və gənc hələ də məktəbdən kənardadır, habelə aşağı və orta gəlirli ölkələrdə 10 yaşlı uşaqların 70 faizi sadə yazılı mətni başa düşə bilmir.

Yeni hesabatda UNESCO bildirir ki, uşaqların məktəbdən kənarda qalması və təhsildəki boşluqlar 2030-cu ilə qədər ildə 10 trilyon dollar təşkil edəcəyi, bunun da Fransa və Yaponiyanın birgə illik ÜDM-sinə bərabər olduğu vurğulanır.

Bu maliyyə mülahizələrindən əlavə, hesabatda təhsildə olan nöqsanların vurduğu əhəmiyyətli sosial zərər barədə xəbərdarlıq edilir. Belə ki, əsas bilik və bacarıqların mənimsənilməsindəki boşluqlar bütün dünyada gənc qızlar arasında erkən hamiləliyin 69 faiz artması ilə əlaqələndirilir, eyni zamanda, orta təhsilin hər ili qızların 18 yaşına qədər ərə getməsi və uşaq sahibi olması riskini azaltmağa kömək etdiyi qeyd olunur(azərtac).

Post navigation

Previous: Ərdoğan Bəşər Əsədlə dostluğunu bərpa etmək istəyir
Next: Bill Qeytsin qızı əfsanəvi müğənninin nəvəsi ilə görüşür

Oxşar xəbərlər

mekbebli inti
  • Sosial

Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar

User 29 Oktyabr 2026 - 19:32
zaur rza
  • Sosial

Xalq artisti Zaur Rzayev vəfat edib

User 29 Oktyabr 2026 - 19:08
bank
  • Sosial

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz – Yeni qayda bu tarixdən qüvvəyə minir

User 29 Oktyabr 2026 - 19:01

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.