Dünyada COVID-19-a 276 min yeni yoluxma aşkarlanıb

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı yenidən artıb.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Belə ki, son 24 saatda dünyada koronavirusa 276 mindən çox yeni yoluxma və 7 minə yaxın ölüm faktı qeydə alınıb.

Qeyd edilir ki, dünyada COVID-19-a yoluxanların sayı 20 439 814-ə, ölənlərin sayı isə 744 385-ə çatıb.

Son bir gündə yeni yoluxmaların sayı 276 398 təşkil edib, bununla yanaşı, daha 744 385 insan pandemiyanın qurbanı olub.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Türkiyə-Azərbaycan hərbi təlimləri bəzi ölkələrdə narahatlıq doğurur, ancaq buna heç bir əsas yoxdur” –

Sonrakı məqalə

“Bu mövzu ilə bağlı “səhv” və ya “düz” fikir yoxdur” –