“Bu mövzu ilə bağlı “səhv” və ya “düz” fikir yoxdur” –Təhsil naziri yeni dərs ilindən danışdı

“COVİD-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı hazırlanmış təkliflərə görə Azərbaycan Respublikasının Təhsil İnstitutuna təşəkkürümü bildirirəm”.

APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, elmi tədqiqatlara əsaslanmaq verilən qərarların səmərəliliyini artırır:

“Mövzu ilə bağlı rəy və təkliflərinizi eşitmək çox maraqlı olardı. Təhsil Nazirliyi ictimai rəyin öyrənilməsinə və vətəndaşların qərarların qəbul edilməsində iştirakına böyük önəm verir. Xüsusi olaraq vurğulamaq istərdim ki, bu mövzu ilə bağlı “səhv” və ya “düz” fikir yoxdur, bütün rəylər və tövsiyələr faydalıdır. Rəy və təkliflərinizə görə hər birinizə  əvvəlcədən dərin minnətdarlığımı bildirirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada COVID-19-a 276 min yeni yoluxma aşkarlanıb

Sonrakı məqalə

Dünyada COVID-19-a yoluxanların sayı 21 milyonu keçib