“Dünyada koronavirusa təkrar yoluxma hadisəsi 30-dan çox deyil” –Ruslyalı mütəxəssis

“Dünyada koronavirusa təkrar yoluxma hadisəsi 30-dan çox deyil”.

Bu barədə “Rospotrebnadzor”un Mərkəzi Epidemioloji-Tədqiqat İnstitutunun elmi işlər üzrə direktor müavini Aleksandr Qorelov “Doktor TV” kanalına açıqlamasında bildirib.

A.Qorelov qeyd edib ki, onlardan bir nəfəri dünyasını dəyişib: “Təkrar koronavirusa yoluxanlardan ölən şəxsin yaşı 80-dən yuxarıdır. O, eyni zamanda xərçəngdən əziyyət çəkirdi”.

Qeyd edək ki, pandemiyanın başlanğıcından bəri dünyada, təxminən, 97,5 milyon insan koronavirusa yoluxub, 2 milyondan çox ölüm qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qiyamçılar Mərkəzi Afrika Respublikasının paytaxtını mühasirəyə alıb

Sonrakı məqalə

Korrupsiyaya qarşı Mübarizə İdarəsi Salyan Epidemiologiya Mərkəzində əməliyyat keçirib-