“Dünyada müstəqil dövlətlərin maraqlarına uyğun yeni nizam qurulur”- İran prezidenti

“Dünyada müstəqil dövlətlərin maraqlarına uyğun yeni nizam qurulur”.

Azpost.info xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi suriyalı həmkarı Bəşər Əsədə göndərdiyi teleqramda bildirib.

O, Əsədi Suriyanın Milli Günü münasibətilə təbrik edib.

“İran və Suriyanın uzun illər davam edən vicdanlı əməkdaşlığının və tarixi müqavimətinin kölgəsində müstəqil və azadlıq axtaran xalqların xeyrinə qlobal və regional nizam qurulur”, – Rəisi qeyd edib.

O ümid etdiyini bildirib ki, iki ölkə regionda sülhün və sabitliyin təmin olunması üçün qüvvələri birləşdirəcək və mövcud potensialdan istifadə edəcək.

Azpost.info

Əvvəlki məqalə

Büdcədə 8 milyard manat profisit yaranıb

Sonrakı məqalə

Azərbaycanın xarici borcu açıqlanıb