Dünyada son sutkada koronavirusa 539 mindən çox yoluxma qeydə alınıb

Dünyada son sutka ərzində 539 384 nəfər koronavirusa yoluxub, 11 693 nəfər ölüb.

TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.
Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 168 040 871 yoluxma hadisəsi, 3 494 758 ölüm faktı qeydə alınıb.
Son 24 saat ərzində yoluxmanın 43 faizdən çoxu Cənub-Şərqi Asiyanın (231 799) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (180 734) ilə Avropa (68 237) bölüşür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropa ölkələrinin XİN başçıları Azərbaycana səfər edəcək

Sonrakı məqalə

Rusiyada din xadimi Ağdamdakı məscidlə bağlı paylaşım etdiyi üçün məhkəməyə verilib