Dünyada son sutkada koronavirusa 620 mindən çox yoluxma qeydə alınıb

22 May 2021 - 09:21

Dünyada son sutka ərzində 620 434 nəfər koronavirusa yoluxub, 12 786 nəfər ölüb.

TASS xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 165 158 285 yoluxma hadisəsi, 3 425 017 ölüm faktı qeydə alınıb.

Son 24 saat ərzində yoluxmanın 45 faizdən çoxu Cənub-Şərqi Asiyanın (284 362) payına düşür. Digər yerləri isə Şimali və Cənubi Amerika (205 351) ilə Avropa (67 773) bölüşür.