Saatlıda bələdiyyə sədri barəsində cinayət işi başlanılıb

Saatlıda bələdiyyə sədri barəsində cinayət işi başlanılıb.

Saatlı rayonu Qıraqlı kənd bələdiyyəsinin sədri Qafarov Muxtar Rövşən oğlu külli miqdarda mənimsəmədə təqsirləndirilir.

Onunla birgə cinayət işi üzrə Mirnicat Həşimov da təqsirləndirilən şəxs qismində cəlb edilib.

Hər iki şəxsə Cinayət Məcəlləsinin 179.3.2-ci ( mənimsəmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

Təqsirləndirilən şəxslər barəsində olan cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nizami Quliyevin icraatında araşdırlacaq. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünyada son sutkada koronavirusa 620 mindən çox yoluxma qeydə alınıb

Sonrakı məqalə

Xırdalanda çoxmərtəbəli binasında yanğınla partlayış olub –