Ötən həftə qızılın qiyməti ilk dəfə olaraq 2700 dolları ötüb. Geosiyasi gərginliklər səbəbindən bazar ertəsi günü və bu gün yüksəliş qiyməti dəyişmədən belə davam edib.
Bazar ertəsi səhər saatlarında qızılın bir troy unsiyası 2732 dollara yüksəlib. Belə bir rekordla bağlı xəbər yayan “Financial Times” yazır ki, son bir ilin ərzində qızılın qiyməti təxminən 40% artıb.
Eyni zamanda, İsrail Yaxın Şərqdə hərbi əməliyyatlarını davam etdirir və gələn ay ABŞ-da prezident seçkiləri keçiriləcək. Nəşr yazır ki, elə buna görə də dünyada baş verənləri qiymətləndirən investorlar getdikcə daha çox qiymətli metallar kimi daha təhlükəsiz aktivlərə müraciət etməli olurlar.
İnvestorlar həmçinin ABŞ Federal Ehtiyat Sisteminin noyabrda müqayisə ediləcək bir dərəcədə nisbətən monetar siyasətini yumşalda biləcəyi ilə bağlı fərziyyələr də irəli sürürlər. Belə ki, əsas ümidverici amil ondadır ki, etibarlı aktiv sayılan qiymətli metal olan qızıla tələbat get-gedə artır.
Mərkəzi banklar isə həmişə olduğu kimi müxtəlif aktiv sinifləri üzrə holdinqlərini diversifikasiya etməyə çalışdıqları üçün yenə qızıl almağa davam edirlər.
“Saxo Bank” kimi tanınan böyük maliyyə şirkətinin rəhbəri kimi bu mövzu ilə bağlı danışan Ole Hansen qeyd edib ki, qızılın qiymətinə təsir edən daha bir əsas amil Amerika Birləşmiş Ştatlarında keçiriləcək prezident seçkiləri ərəfəsində baş verən maliyyə qeyri-sabitliyi, həm də nəticələri naməlum qeyri-müəyyənlikdir. Seçkilərə təxminən iki həftə qalıb, lakin dünyanın “qızıl xəstəliyi” hələ də artmaqda davam edir.
Qızılla bərabər digər qiymətli metalların qiymətində də müəyyən artım müşahidə olunub və gümüşün qiyməti kəskin artıb. Eyni zamanda da neft bazarında vəziyyət hələ ki, stabil olaraq qalır.
Oqtay Qorçu