Kamerunun 1982-ci ildən bəri prezidenti olan 92 yaşlı lideri Pol Biya bu ilin oktyabrında keçiriləcək prezident seçkilərində yenidən iştirak edəcəyini açıqlayıb.
AzPost xəbər verir ki, Biya bütün daxili və beynəlxalq təzyiqlərə baxmayaraq, namizədliyini rəsmiləşdirib və xalqa “birlikdə hər şeyə qalib gələcəyik” mesajını verib.
Qeyd edək ki, Mərkəzi Afrikanın ikinci böyük iqtisadiyyatına malik Kamerunda əhalinin üçdə biri gündə iki dollardan az gəlirlə yaşayır.
Ölkədə işçi qüvvəsinin böyük hissəsi qeyri-rəsmi sektorda çalışır.
Statistikaya görə 2018-ci il keçirilən seçkilərdə ölkənin 47 faiz əhalisi seçkidə iştirak etməyib.