Qlobal hərbi xərclər yüksəldikcə, bir neçə ölkə aktiv hərbi güclərini artırır.
İqtisadiyyat.az-ın araşdırmasına görə, qlobal qeyri-müəyyənlik və texnologiyanın sürətli inkişafı ilə yadda qalan bir dövrdə dövlətlər öz müdafiə strategiyalarını yenidən nəzərdən keçirirlər və bu, hərbi xərclərin və kadr yerləşdirilməsinin əhəmiyyətli dərəcədə artmasına səbəb olur.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) son məlumatlarına görə, qlobal hərbi xərclər Soyuq Müharibə bitdikdən sonra nəzərəçarpacaq dərəcədə artaraq, keçən il ümumilikdə 2,718 trilyon dollara çatıb ki, bu da 2023-cü illə müqayisədə 9,4 faiz çoxdur. Bu siyahıda olan ilk beş ölkə ümumi qlobal hərbi büdcənin 60 faizini təşkil edir və onların ümumi xərcləri 1,635 milyard dollara çatır.
Hərbi güc qlobal təhlükəsizlik və geosiyasi təsir üçün həlledici rol oynamağa davam etsə də, bu gün bir ölkənin hərbi qabiliyyətinin əsas göstəricilərindən biri dərhal yerləşdirilmək üçün mövcud olan fəal kadrların sayıdır.
Bu ilin may ayına olan məlumata görə, aktiv hərbi personal sayına görə dünyanın ən böyük ordusu Çinə məxsusdur. Belə ki, 2 milyondan çox aktiv hərbi personalı ilə Çin bu siyahıda liderdir.
Araşdırmalara görə, Rusiya və Ukrayna 2022-ci ildən bəri aktiv hərbi personal sayını əhəmiyyətli dərəcədə artırıblar. Ehtimal olunur ki, bu da iki ölkə arasında davam edən münaqişə nəticəsində baş verib.
Ümumillikdə aktiv hərbi personal sayına görə dünyanın ən böyük 10 ordusu bu ölkələrə aiddir:
Ölkə | Aktiv hərbi personal sayı |
Çin | 2 milyon 35 min nəfər |
Hindistan | 1 milyon 455 min nəfər |
ABŞ | 1 milyon 328 min nəfər |
Şimali Koreya | 1 milyon 320 min nəfər |
Rusiya | 1 milyon 320 min nəfər |
Ukrayna | 900 min nəfər |
Pakistan | 654 min nəfər |
İran | 610 min nəfər |
Cənubi Koreya | 600 min nəfər |
Vyetnam | 600 min nəfər |
Qeyd edək ki, bu rəqəmlər hazırda hər bir ölkənin silahlı qüvvələrində xidmət edən tam ştatlı əsgərlərin sayını və onların müdafiə qabiliyyətini əks etdirir.