Dünyanın “ən güclü 10 pasportu” açıqlanıb.
AzPost bildirir ki, reytinq siyahısını nufuzulu “Henley & Partners” konsaltinq şirkəti tərəfindən açıqlanıb.
Siyahıya sahiblərinə ən çox viza güzəştləri təklif edən pasportlar qeyd olunub.
ABŞ siyahıda geriləyib. Sahiblərinə ən çox viza güzəştləri təklif edən pasportların yeni rüblük reytinqində ABŞ Malayziya ilə bərabər 12-ci yerdədir.
ABŞ tarixində ilk dəfədir ki, ölkə “ilk 10-luq”a düşməyib.
Reytinqə üç Asiya ölkəsi başçılıq edir. Sinqapur 193 ölkəyə vizasız və ya sadələşdirilmiş giriş təklif edir, Cənubi Koreya 190 ölkəyə, Yaponiya isə 189 ölkəyə belə giriş təklif edir. Almaniya öz vətəndaşlarına 188 ölkəyə vizasız və ya sadələşdirilmiş giriş təklif edərək reytinqdə dördüncü yeri tutur.
İtaliya, Lüksemburq, İspaniya və İsveçrə vətəndaşları da vizasız girişdən istifadə edirlər.
Reytinq 20 ildir ki, Henley & Partners konsaltinq şirkəti tərəfindən tərtib edilir.