Dünyanın ən yaxşı otelinin adı açıqlandı- FOTO

Fransanın Kot d’Azur regionunda yerləşən “Cheval Blanc St-Tropez” dünyanın ən yaxşı oteli seçilib.

Azpost.info xəbər verir ki, bu nəticəni “The Readers’ Choice Awards 2022”nin keçirdiyi səsvermə ortaya çıxarıb.

Ən yüksək reytinq alan fransız mehmanxanası 1936-cı ildə Aralıq dənizi sahilində Sen-Tropedə tikilib. Əvvəllər “La Résidence de la Pinède” adlanan bu məkan dəniz kənarında zərif, sadə bir malikanı idi. 2019-cu ildə o, lüks malların istehsalı ilə tanınan Fransız şirkəti LVMH tərəfindən alınıb və “Cheval Blanc St-Tropez” adlandırılıb.

İndi malikanə məşhur dizayner Jan-Mişel Vilmotte tərəfindən hazırlanmış zərif interyeri ilə ziyarətçiləri heyran edir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.