Neçə ölkə Rusiyanı dünya üçün əsas təhlükə sayır?- Beynəlxalq SORĞU

“U.S. News & World Report” nəşri üçün 36 ölkədə keçirilən “Best Countries” sorğusunda respondentlərin 72 faizi Rusiyanı dünya üçün əsas təhlükə sayıb.

Azpost.info xəbər verir ki, sorğuda iştirak edənlərin 66 faizi bənzər kateqoriyada Çinin adını çəkib.

Rusiya ən çox (90 faiz) qonşuları – Finlandiya, Yaponiya, Polşa və Danimarka tərəfindən təhlükə kimi qəbul edilib.

“Best Countries” reytinqi “U.S. News & World Report” beynəlxalq marketinq agentliyi WPP və Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbi ilə birgə aparılan sorğuya əsaslanır. Onlar ölkələri təhlükəsizlik, iqtisadi sabitlik, liderlik, sosial ədalətə sadiqlik, insan hüquqlarına qayğı və sair kimi 73 göstərici üzrə qiymətləndirirlər.

Azpost.info

 

Əvvəlki məqalə

“Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğalanacaq”

Sonrakı məqalə

DİM-dən I mərhələdə ali məktəblərə qəbul ola bilməyənlərə