DYP-nin rəisi Ramiz Zeynalovun qaynı oğlu qətlə yetirilib 

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun qayını oğlu Bakıda qətlə yetirilib.

“BakuPost” xəbər verir ki, hadisə dünən gecə Yasamal rayonu ərazisində baş verib.

Qətlə yetirilən 1990-cı il təvəllüdlü şəxs avtomobil idarə edərkən başqa bir sürücü ilə mübahisə edib. Mübahisə sonradan davaya çevrilib və idarə rəisinin qayını oğlu döş qəfəsindən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Paşinyanın Qarabağla bağlı yeni utopik tezisləri  –

Sonrakı məqalə

PA rəsmisi Paşinyanı Hitlerlə müqayisə etdi: