Şirvan sakininin ehtiyatsızlıqdan vurduğu 2 yaşlı övladı dünyasını dəyişib.
Bu haqda APA-nın Mil-Muğan bürosu məlumat verib.
Hadisə Şirvan şəhəri Vidadi küçəsində qeydə alınıb. Mikroavtobusunu təmir edən şəhər sakini avtomobili arxaya verərkən 2023-cü il təvəllüdlü qızı maşının altında qalıb.
Xəsarətlər alan azyaşlı Şirvan xəstəxanasına yerləşdirlib.