Ekipaj üzvləri Azərbaycan və Rusiyadan olan tanker 16 aydır Süveyş limanında qalıb

Ekipaj üzvləri Azərbaycan və Rusiyadan olan “Ağdaş” tankeri vəsait çatışmazlığı səbəbindən 16 aya yaxındır Süveyş limanında qalıb.

 Bu barədə TASS-a Novorossiyksdəki Beynəlxalq Nəqliyyatçılar Federasiyasının müfəttişi Olqa Ananyina bildirib.

“Türkiyənin “Palmali” gəmiçilik şirkətinə məxsus gəmi Süveyşdə bərbad vəziyyətdədir. Gəmidə Rusiya kapitanı və gəmiçiləri də var. Onlar susuz və yeməksiz qalıblar. Onlar Süveyş limanında ilişib qalıblar. Vəkil axtarırıq”, – deyə O. Ananyina vurğulayıb. 

O, gəmiyə həbs qoyulmadığını, hərəkət etməsi üçün maliyyə vəsaiti olmadığından Süveyşdə dayandığını qeyd edib: “Ekipajın 412 min dollar borcu var. 14 ekipaj üzvündən 5-i Rusiya, 9-u isə Azərbaycan vətəndaşıdır”. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Düşmənin Tovuza vurduğu ziyanın aradan qaldırılması üçün 1 milyon manat ayrıldı –

Sonrakı məqalə

“Sərt karantinin tətbiq edildiyi şəhər və rayonlarda avqust ayında 190 manat ödənilsin”-