“Ekofront” Muxtar Babayevlə görüş tələbi ilə nazirliyin qarşısına toplaşacaq –Meşə qırılmasına etiraz edirlər

“Ekofront” könüllülər hərəkatı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşmək niyyəti ilə Nazirliyin qarşısına toplaşacaqlar.
Azpost.info bildirir ki, bu bardə “Ekofront” məlumat yayıb.
“Bu gün, 6 iyul səhər saat 11-də son illər baş verən meşə qırğınlarına “dur!” demək üçün ETSN naziri Muxtar Babayevlə görüş tələbi ilə nazirliyin qarşısında toplaşacağıq”.
Könüllülər tələblərini nazirliyə və ictimaiyyətə elan ediblər.
“Son illər meşə fondu torpaqlarının aqrobağ salınması məqsədi ilə uzunmüddətli (49 ilədək) icarəyə verilərək məhv edilməsi prosesindən narahatlığımızı bildiririk və bu halın davam etməsini qəbul edilməz hesab edirik. Prosesin miqyası və sürəti, qeyri-şəffaf baş verməsi, müqavilələrlə bağlı ictimaiyyətə detallı məlumatın verilməməsi və davamlı olaraq ikrah doğuran yalan açıqlamaların verilməsi bizdə qəzəb doğurur.
Bunula bağlı ETSN-dən tələblərimiz:
1. Haftoni-Girdani meşəsində 43 hektar meşə fondu torpağında çay bağı salınması məqsədi ilə Beta Tea Azerbaijan şirkəti ilə bağlanmış müqaviləyə xitam verilməli, meşəyə dəymiş ziyan hesablanmalı və adekvat cəza tədbirləri görülməlidir.
2. Meşə fondu torpaqlarının icarəsiilə bağlı bütün müqavilələr üzrə kürünmə işləri dayandırılmalıdır.
3. Meşə fondu torpaqlarının icarəsiilə bağlı bütün müqavilələrin mətni və xəritələri ictimaiyyətə açıq olmalıdır.
4. İctimai iştirakçılığın təmin edildiyi işçi qrup yaradılmalı və bütün müqavilələrə yenidən baxılmalı, qanunamüvafiq olaraq 5 hektardan böyük ərazilərdə “meşəbərpa məqsədi ilə” verilmiş icarə müqavilələrində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi işləri aparılmalıdır.
Müqavilə şərtlərini pozan və kolluqlar da daxil olmaqla meşə bitkiləri ilə örtülü əraziləri məhv etmiş müqavilələrə xitam verilməli, dəymiş ziyan hesablanmalı və qanuna-müvafiq cəza tədbirləri görülməlidir.
5. Müqaviləsinə xitam verilmiş ərazilərdə meşə bərpa tədbirləri görülməli, yəni yerli meşə cinsli ağaclar əkilməlidir, mer-meyvə, qoz-fındıq yox.
Tələblərimiz qanunidir. Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq ətraf mühitin qorunması hər bir şəxsin borcudur”.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

BMT Lukaşenkodan siyasi məhbusları azad etməyi tələb edib

Sonrakı məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi