Ekologiya və təbii sərvətlər nazirinə yeni müavin təyin edilib

15 Aprel 2020 - 15:48

Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) nazir müavini təyinatı olub.

“Report” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsinə Vüqar Kərimov təyin edilib.

ETSN-in Mətbuat xidməti məlumatı təsdiqləyib.

Qeyd edək ki, V.Kərimov bu təyinata qədər ETSN-in Aparat rəhbəri vəzifəsində çalışıb.