Əkrəm İmamoğlu saxlanıldı
İstanbul Böyükşəhər Bələdiyyəsində aparılan əməliyyat çərçivəsində, Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və mətbuat katibi Murat Onqun haqqında həbs qərarı verildiyi iddia edilib.
AzPost bildirir ki, bu barədə NTV məlumat yayıb.
“Sabah” qəzetinin yazdığına görə, aralarında jurnalistlər və iş adamları da daxil olmaqla 105 nəfərə qarşı keçirilən əməliyyat “Media Inc” şirkətinin tenderləri və terrorla bağlıdır.
Onqun sosial media hesabından həbs edildiyini açıqlasa da, İmamoğlunun evində axtarış aparılır.
Əkrəm İmamoğlu paylaşımında mübarizəni davam etdirəcəyini bəyan edib.
Dünən İsanbul Universiteti İmamoğlunun diploumunun etibarsız sayılamsı barədə qərar verib.