Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Eldar Əzizovun 300 minlik park layihəsi –

User 01 Mart 2023 - 17:14 (Last updated: 21 May 2025 - 20:15)
eldar ezizov

Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC paytaxt ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin layihə-semta sənədlərinin hazırlanması ilə bağlı tenderə yekun vurub.

Azpost.info xəbər verir ki, müsabiqənin qalibi “TFM-Smart Project” MMC olub.

Qurumla şirkət arasında bağlanılacaq müqavilənin maliyyə dəyəri 256.599,26 AZN təşkil edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, “TFM-Smart Project” MMC 15 fevral 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Qarabaqqal kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Mikayılov Fərid Tahir oğludur. Fərid Mikayov haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur.

“TFM-Smart Project” MMC-nin adına isə Nəsimi rayonu, 5-ci mikrorayon 20 yanvar küçəsi, 22-24 nömrəli binaların arasındakı yaşıllığın məhv edilməsi olayında rast gəlinir. Maraqlıdır ki, şirkət əsasən Bakı Şəhər İcra Hakimiyyəti və tabeli qurumların tenderlərinin qalibi olur. Təkcə ötən il “Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə “TFM-Smart Project” MMC arasında maliyyə dəyəri 1 065 711.86 AZN təşkil edən 4 satınalma müqaviləsi imzalanıb.

2021-ci ildə isə MMC-lər arasında maliyyə dəyəri 550 088.86 AZN təşkil edən 2 müqavilə imzalanıb.

Bakı Şəhər Əsaslı Tikinti və Təmir MMC Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra yaradılıb. MMC-nin qanuni təmsilçisi Əliyev Abit Sadiq oğludur. Abit Əliyev Eldar Əzizovun kadrı hesab edilir. Eldar Əzizov Gəncə və Sumqayıt şəhərlərinin icra başçısı olanda da Abit Əliyev onun əsas adamı kimi müxtəlif vəzifələrdə çalışıb.

Eldar Əzizov 15 noyabr 2018-ci ildən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

Hüseyn

Post navigation

Previous: İraq Prezidenti Azərbaycana səfərə gəlib
Next: Şolts sabah ABŞ-a gedir

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.