Eldar Həsənov xəstəxanaya yerləşdirilib

15 Oktyabr 2021 - 16:26

Sabiq səfir, həbsdə olan Eldar Həsənov səhhətində yaranan problemlərlə bağlı bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi Hospitalına köçürülüb.

Bu barədə E. Həsənovun vəkili Valeh Mehraliyev bildirib.
Vəkil müdafiə etdiyi şəxsin hipertoniya və digər xəstəliklərdən əziyyət çəkdiyini qeyd edib.

Qeyd edək ki, E.Həsənovun cinayət işi üzrə bu gün keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.