Eldar Həsənov xəstəxanaya yerləşdirilib

Sabiq səfir, həbsdə olan Eldar Həsənov səhhətində yaranan problemlərlə bağlı bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Hərbi Hospitalına köçürülüb.

Bu barədə E. Həsənovun vəkili Valeh Mehraliyev bildirib.
Vəkil müdafiə etdiyi şəxsin hipertoniya və digər xəstəliklərdən əziyyət çəkdiyini qeyd edib.

Qeyd edək ki, E.Həsənovun cinayət işi üzrə bu gün keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycandan əlavə qaz alınmasına dair müqavilə imzalanıb” –

Sonrakı məqalə

Siyavuş Novruzovun qardaşı, professor Məmmədəli Qıpçaq vəfat edib