“Əgər rəhbərlik istəsə və düşünülsə ki, mən getsəm, hər şey düzələcək, onda mən özüm də istefaya gedərəm”.
Bu sözləri Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi Elxan Məmmədov Azərbaycan Radiosu və İdman TV-nin ortaq yayımında – “Extra Time” verilişində deyib.
E.Məmmədov qeyd edib ki, AFFA rəhbərliyinin bugünkü fəaliyyəti bəzi insanları qane etmir: “Çünki biz onların çirkin işlərinə mane oluruq. Ona görə milli komanda uduzan kimi bu kampaniyalar başlayır”.
Baş katib AFFA prezidenti vəzifəsinə keçiriləcək seçkilərdə bu post uğrunda mübarizə aparmayacağını da açıqlayıb.